Uzaqdan necə bir biznes yaradıcısı olmaq olar?

 https://www.correcttechno.az/uzaqdan-nece-bir-biznes-yaradicisi-olmaq-olar/

Uzaqdan işləmək üçün vacib amillər.

  • Mükəmməl ünsiyyət bacarıqları :  Mövqeyiniz nə olursa olsun, təsisçi, həmkar, podratçı və ya müştəri. Yaxşı ünsiyyət uzaqdan işləməyin önəmli bir parçasıdır. Yaxşı ünsiyyət : dəqiq, birbaşa dəqiqləşdirən, sadə , sakit və şəffaf kimi xüsusiyyətləri özündə cəmləşdirir.
  • Sürətli cavablandırma :  Komandanız sizi görməsə də, orada olduğunuzu bilməlidirlər. Mesajlarınızı cavablandırın, e-poçtlarınızı tez-tez yoxlayın və tez cavab verin. Həmişə məlumat axınında olun.
  • İntizamlı ünsiyyət : Uzaqda olmaq, bütün ünsiyyətlərinizi əvvəlcədən planlaşdırmaq deməkdir. Zəngləri əvvəlcədən planlayın və video konfranslara vaxtında hazır olun.
  • Hərdən-bir işdə olun : Uzaqdan işləyərkən  ayda ən azı bir neçə dəfə işə getməyə çalışın. Əgər bu mümkün deyilsə  ən azı hər ay şirkət daxili tədbirlərdə iştirak edin, bu çox vacibdir.


Uzaqdan işləyən bir iş həmkarının nəyə ethiyacı vardır? 

  • Motivasiya və Etibar :  Komandanız onları idarə ediyinizə görə deyil, bir şeylər etmək, işi  reallaşdırmaq üçün lahiyələri təhvil verərlər. Çox sadə və açıq səslənir, ancaq əgər həddindən artıq nəzarətçi  ünsiyyəti göstərsəniz komandanızın motivasiyadan düşdüyünü və sadəcə lahiyələrini tez bir zamanda verib bu işdən azad olmaq istədiklərini görəcəksiniz. Komandanıza güvənməlisiniz. Komandanıza güvənmirsinizsə uzaqdan işləmək sizin üçün uyğun deyildir.
  • Ünsiyyət  üçün yaxşı tətbiqlər şərtdir :  Onları istifadə etməli və sevməlisiniz. Biz bu tətbiqlərdən istifadə edirik: Slack, Gmail, Google Hangouts, Google Drive, Jira, və Github.
  • Əhatələyicilik :  Uzaqdan işləyən bir şəxs üçün, bütün komanda eyni otaqda işləsə belə  uzaqdan işləməsi deməkdir. Otaqdakı işləyənlərin üz-üzə iclas etməsi və uzaq işçiləri  kənarlaşdırmaları   asandır. Ünsiyyəti  ilk vaxtlar qurmaq şətin ola bilər, ancaq ünsiyyət baxımından bütün rəqəmsal ünsiyyət vasitələrinin lahiyəyə, fikirlərin işə yönəlməsində bütün tərəflər üçün əlçatan olması çox vacibdir.
  • Yaxşı iş mühiti :  Uzaqdan işləmək, zəif bir internet bağlantınız varsa və ya video zənglər, konfranslarda iştirak etməyiniizə mane olan  səs-küy olduğu halda sizin üçün çətin ola bilər.


Uzaqdan işləməyin çətinlikləri.

  • Yanınızda oturan həmkarınıza bir neçə kəlmə demək üçün  tez və müvəqqəti iclaslar keçirmək, əlaqə saxlamaq çətindir. Slack və Hangout yaxşı həllərdir, lakin hər vəziyyətdə mükəmməl deyillər.
  • Sizi bir komandanın üzvü kimi hiss etdirən kiçik şeyləri uzaqdan işlədiyiniz zaman hiss etməyə bilərsiniz.. Həmkarlarınızı tanımaq üçün etdiyiniz söhbətlər və s. edə bilmirsiniz. Şəxsi münasibətlərinizi möhkəmləşdirəcəyiniz şirkətlərin tədbirlərini təşkil etmək və iştirak etmək çox vacibdir və uzaqdan işlədiyiniz zaman bu kimi iş həyatınıza müsbət təsir edəcək hallardan kənarda qalmış olursunuz. 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Chatbot Nədir? Chatbotların məqsədi nədir

SEO xidməti

Saytlarin hazirlanmasi və Veb saytlarin yigilmasi